mobil versiya

Braziliya prezidenti Makronun Amazondakı yanğınla bağlı çağırışına etiraz edib


Fransa prezidenti Emmanuel Makron Amazon meşələrində baş verən silsilə yanğınların G7 sammitində "beynəlxalq böran" olaraq gündəmdə olmasının vacibliyini söyləyib.
"Amazon meşəliyi-planetimizin 20 faiz oksigenini təmin edən ağ ciyərlər-yanır. Bizim evimiz yanır", - o, tvitində qeyd edib.
APA-nın "BBC"yə istinadla xəbərinə görə, Braziliya prezidenti Jair Bolsonaro isə Makronu ölkəsinin daxili işinə qarışmaqda ittiham edərək bildirib ki, o, meşə yanğınlarından "siyasi silah" olaraq istifadə etmək niyyətindədir.
J.Bolsonaro əlavə edib ki, yanğınları Braziliyanın iştirak etmədiyi G7 sammitində müzakirə etməyə çağırış "yersiz müstəmləkəçi təfəkkürlər" doğurur. 

Milli Kosmik Tədqiqatlar İnstitutunun (National Institute for Space Research ) dərc etdiyi peyk məlumatları göstərir ki, bu il Braziliya boyu yanğınlar 85 faiz artıb və bu yanğınların çoxu Amazon bölgəsinə təsadüf edir.
Prezident Bolsonaro hökuməti Amazonda yaşanana acınacaqlı vəziyyətə görə günahlandırılır. İddia edilir ki, o, ağac kəsənləri və fermerləri ərazini təmizləməyə təşviq edib.
APA
#fireamazon 

DÜNYA / HADİSƏ
Tarix: 24-08-2019, 06:32