Braziliya Argentina ilə barışdı
Braziliya yeni liderin rəhbərliyi altında Buenos Ayreslə dostluq münasibətlərinə qayıtmaq niyyətindədir.
Bu barədə bazar ertəsi Braziliya prezidenti Lula da Silva qonşu dövlətin başçısının andiçmə mərasiminə gələn Argentina prezidenti Alberto Fernandes ilə şəxsi görüşdən sonra özünün “Twitter” səhifəsində yazıb.
“Məni vəzifəyə təyin olunmam münasibətilə təbrik edən dostum Alberto Fernandesi qəbul etdim və onu Argentinanın dünya çempionatındakı qələbəsi münasibətilə təbrik edə bildim”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, Fernandes və Braziliyanın əvvəlki prezidenti Jair Bolsonaro arasında münasibətlər gərgin olub. Açıq qarşıdurmanın olmamasına baxmayaraq, dövlət başçıları müxtəlif siyasi ideologiyalara mənsub idilər. Fernandes solçu siyasətçi, Bolsonaro isə sağçı, mühafizəkar baxışların nümayəndəsi kimi tərif edilə bilər. Eyni zamanda, bəzi beynəlxalq məsələlərdə hər iki liderin mövqeyi diametral şəkildə əks idi. Xüsusilə də əsas fikir ayrılıqlarından biri Venesuela ilə münasibətlər məsələsi idi. (AzPolitika.info)
KARUSEL / DÜNYA
Tarix: 3-01-2023, 10:16