Azərbaycanlı şagirdlər Goethe-Zertifikat imtahanında iştirak hüququnu qazanıb
Fevralın 25-də Goethe-İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Alman Olimpiadasının (İDO) 2024 final mərhələsi baş tutub.
Bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin Facebook səhifəsində məlumat verilib.Əvvəlki buraxılışlarda elan edildiyi kimi, Almaniyada keçiriləcək beynəlxalq finalda Azərbaycanı kimin təmsil edəcəyini müəyyən etmək üçün ən yaxşı şagirdlər Azərbaycanda rəsmi əməkdaşlıq tərəfdaşımız - Alman Dili Tədrisi Mərkəzində görüşüblər.
Balakəndən Amin Soduyevi 1-ci yeri, ikinci və üçüncü yerləri Bakıdan Töhfə Mikayılova və Anar Abbasov tutub.
Onlar Alman Dili Tədrisi Mərkəzində kurs təqaüdü və ya Goethe-Zertifikat imtahanında iştirak hüququnu qazanıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-02-2024, 10:51