mobil versiya

Rusiya millisi Avro-2024-ün final oyunlarına buraxılmadı



Rusiyanın futbol üzrə Avro-2024-ün seçmə turnirinin püşkatmasında iştirakına icazə verilməyib.

Bununla da Rusiya Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsində yer almayacaq.

Bu barədə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko öz “Facebook” səhifəsində məlumat verib.

“Rusiyalıların hazırlaşacaqları heç nəyi yoxdur. Rusiya Federasiyası oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində olmayacaq. Ən azı 2024-cü ilə qədər onlar rəsmi beynəlxalq futbol yarışlarına buraxılmayacaqlar. “Ukraynaya eşq olsun!”, - deyə Pavelko qeyd edib.

AVRO-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi oktyabrın 9-da Frankfurtda keçiriləcək.

Almaniyanın daxili işlər naziri Nensi Fezer Rusiya və Belarusun 2024-cü il Avropa çempionatına vəsiqə qazanmasının qarşısının alınmasına çağırıb.

Xatırladaq ki, UEFA və FIFA Ukraynaya müharibə ilə əlaqədar Rusiya klublarının və komandalarının beynəlxalq yarışlarda iştirakına dair qərarını qüvvədə saxlayıb.

Mənbə: UNİAN (oxu.az)                      

İDMAN
Tarix: 21-09-2022, 15:39