mobil versiya

UEFA AVRO-2020 üçün 3 ssenarini nəzərdən keçirir




UEFA Avropa çempionatının formatı ilə bağlı son qərarını martda verəcək.

REPORTYOR.AZ xəbər verir ki, bunu TASS-a açıqlamasında qitə futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin bildirib.

Sorokin deyib ki, UEFA AVRO-2020 üçün üç ssenarini nəzərdən keçirəcək. Onun sözlərinə görə, yarışın əvvəlcədən planlaşdırıldığı kimi, normal formatda keçirilməsi ehtimalı da mövcuddur.

Hazırda bir sıra Avropa ölkəsində koronavirus pandemiyası ilə əlaqədar azarkeş sayında məhdudiyyətlər var.

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.
KARUSEL / İDMAN
Tarix: 1-12-2020, 14:11