mobil versiya

UEFA AVRO-2020-ni təxirə saldı




Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.

İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FİFPro) ilə görüşündə elan olunub.

Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qərara əsasən, turnir gələn ilin yayında təşkil olunacaq.

SON XƏBƏR / KARUSEL / İDMAN
Tarix: 17-03-2020, 16:01