mobil versiya

Ukrayna Rusiyanın “AVRO-2024”də iştirakına icazə verilməməsini tələb edir



Ukrayna Futbol Assosiasiyası (UFA) Rusiyanın “AVRO-2024”ün seçmə mərhələsinin püşkatmasında iştirakının əleyhinədir.

UFA prezidenti Andrey Pavelko Rusiya komandasının püşkatmada iştirakına icazə verilməməsini tələb edib.

“UEFA-nın qərarı formal olaraq yalnız rəsmi yarışlara aiddir. Ona görə də bu, Rusiya futbol funksionerlərinə mümkün yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı danışıqlar aparmağa imkan verir. Amma Ukrayna Futbol Assosiasiyası bu cür cəhdlərə dərhal reaksiya verir.

Bəli, bu yaxınlarda biz FİFA və UEFA-ya məktublar yazaraq noyabrın 19-na planlaşdırılan Rusiya - Bosniya və Herseqovina matçının ləğvini tələb etmişdik. Hələlik bu oyunla bağlı rəsmi qərar verilməyib. Ancaq matçın baş tutmaması üçün əlimizdən gələni edirik”, - deyə Pavelko qeyd edib.

Sports.ru(oxu.az)

İDMAN
Tarix: 16-09-2022, 11:15