mobil versiya

Bugünkü MİQ imtahanında ən yüksək nəticə göstərən namizədlərin adları açıqlanıb




Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsində biologiya, texnologiya, alman dili, rus dili, rus dili və ədəbiyyat fənləri üzrə ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, test imtahanı mərhələsində rus dili və ədəbiyyatı üzrə ən yüksək balı Mənsurə Bayramova (91,25), Laləzar İsmayılova (90,5) və Səadət Əliyeva (87,5), rus dili fənni üzrə ən yüksək balı Arzu Quliyeva (87,5), Nazim Məmmədov (85,5) və Gülnarə Məmmədova (86), texnologiya fənni üzrə Xavər Əsgərli (92,5), Vüsalə Əliyeva (91,75) və Aybəniz Nağıyeva (91,5), biologiya fənni üzrə Lalə Xasıyeva (85), Aygün Həbibova (84,25) və Fatma Nəbiyeva (84,25), alman dili fənni üzrə isə Aynur Həsənova (82,5), Məsmə Babayeva (79,25) və Fatimə Kərimova (78,75) toplayıblar.
Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.
Test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib. İmtahanda namizədlərə 150 dəqiqə vaxt ayrılıb.
İmtahanlara riyaziyyat, fiziki tərbiyə, kimya, tarix, coğrafiya, informatika, fizika, fransız dili, ibtidai sinif müəllimliyi, musiqi, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), ingilis dili, təsviri incəsənət, texnologiya, biologiya, alman dili, rus dili, rus dili və ədəbiyyatı fənləri üzrə ümumilikdə 57 min 667 namizəd dəvət olunub. Onlardan 47 min 571 namizəd test imtahanlarında iştirak edib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Xatırladaq ki, son iki il ərzində müəllimlərin işə qəbulu imtahanı vasitəsilə müddətsiz müqavilə əsasında 7 724, müddətli əsaslarla isə 11 854 nəfər işə qəbul olunub.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-07-2023, 18:22