mobil versiya

Bu gün tarix, coğrafiya, informatika, fizika, fransız dili üzrə MİQ imtahanları keçiriləcək


Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, bu gün imtahanların ilk seansına tarix, coğrafiya, ikinci seansına isə informatika, fizika, fransız dili fənləri üzrə namizədlər dəvət olunub. MİQ-in test imtahanı mərhələsində namizədlərə 150 dəqiqə vaxt verilir.
Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-07-2023, 08:36