mobil versiya

MİQ üzrə elektron sənəd qəbulu mərhələsi başa çatıb



Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən verilən məlumata görə, elektron sənəd qəbulu mərhələsi mayın 22-dən 30-dək keçirilib. Bu müddət ərzində namizədlərə miq.edu.az saytına daxil olaraq müsabiqədə iştirak etmək üçün müraciət imkanı verilib. Hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə start verilib. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.
Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.


KARUSEL / CƏMİYYƏT
Tarix: 30-05-2023, 11:47