Ankaraya məcburi eniş edən Bakı-İstanbul təyyarəsi Sabiha Gökçen Hava Limanına yola düşüb
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-da Ankara şəhərindən Sabiha Gökçen Hava Limanına yola düşüb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.
KARUSEL / HADİSƏ
Tarix: 28-02-2024, 12:53