mobil versiya

HƏMAS lideri ilə bağlı şok iddia - Çox dərin qazılmış yeraltı mərkəzdə...


HƏMAS-ın 7 oktyabr tarixində İsrailə qarşı həyata keçirdiyi hücumun araxasında duran şəxs kimi bilinən HƏMAS lideri Yəhya Sinvarın harada olduğuyla bağlı dəqiq bir məlumat yoxdur. İsrail hərbçiləri təxminən 5 aya yaxındır pilotsuz uçuş aparatları və elektron dinləmə cihazları ilə onun yerini müəyyənləşdirməyə çalışırlar. Onun sonuncu görüntüsü Qəzzanın Xan Yunus adlanan bölgəsində lentə alınıb. 10 oktyabr tarixli kadrlarda Sinvarın həyat yoldaşı və uşaqları ilə birgə HƏMAS tunellərindən birində gəzdiyi görünüb.

“AzPolitika.info” xəbər verir ki, İsrailin “Jerusalem Post” nəşrinin hərbi mənbələrə istinadla yaydığı məlumatda qeyd olunur ki, Sinvar uzun müddətdir xüsusi təchiz edilmiş “6 nömrəli otaq”da yaşayır. 

Hərbi mənbələrə görə, həmin otaq digər HƏMAS tunelləri ilə müqayisədə çox dərin qazılmış yeraltı bir mərkəzdir. Rabitə xətləri ilə təchiz edilmiş mərkəzdə İsrail qüvvələrini çaşdırmağa yönəlmiş müxtəlif tələlərin olduğu bildirilir.

Qeyd edək ki, İsrail rəsmiləri hər dəfəsində Sinvarı ələ keçirmədən və ya öldürmədən müharibənin bitməyəcəyini vurğulayırlar.

KARUSEL / DÜNYA
Tarix: 1-03-2024, 13:19