mobil versiya

Yaponiya HƏMAS liderlərinə qarşı sanksiyalar tətbiq edib



Yaponiya oktyabrda İsrailə hücumla bağlı HƏMAS hərəkatının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısında HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı var.
Yaponiya onlara qarşı bir sıra tədbirlər görəcək, o cümlədən aktivləri aşkar edilərsə, dondurulacaq.


KARUSEL / DÜNYA
Tarix: 26-12-2023, 09:01