mobil versiya

“Oğlanı oxudurlar, qızı tez ərə verirlər”- Komitə rəsmisi



Azərbaycanda oğlan uşaqları daha çox doğulur.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə çıxışı zamanı deyib.
S.Qəhrəmanova qeyd edib ki, qız uşağına münasibət fərqlidir.
“Qızları tezliklə evləndirməyə çalışırlar. Oğlanı oxudurlar, qızı isə tez ərə verirlər. Bu stereotiplər dəyişməlidir. Cəmiyyətin maarifləndirilməsi istiqamətində işlər görülür. Ailələrin maarifləndirilməsi üçün biz bələdiyyələrə üz tutmuşuq. Çünki məhz bələdiyyələr bu məsələdə aktiv iştirak edə bilərlər”, – deyə o əlavə edib(trend).

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2024, 11:57