Ruslar indi də hindistanlıları zorla döyüşə göndərir
Yeddi Hindistan vətəndaşının başına gələn maraqlı hadisə son günlər dünya mediasının da gündəm mövzularından birinə çevrilib.
Belə ki, bir qrup hindistanlı turist yeni ili qeyd etmək üçün Rusiyaya gedib.
"AzPolitika.info" xəbər verir ki, bələdçi onlara Belarusa getməyi təklif edib, amma bunun üçün viza lazım olduğunu deməyib. Daha sonra isə pulu götürərək yoxa çıxıb. Belarus ərazisində çarəsiz qalan hindliləri geri Rusiyaya qaytarıblar.
Rusiyada isə polis bölməsində onlara naməlum sənədlərə imza atdırıblar. Deyiblər ki, "imzalamasınız, sizi 10 il həbs gözləyir". Hindistanlılar deyilənləri etdikdən sonra hərbi təlimə cəlb ediliblər. Daha sonra isə Ukraynaya döyüşməyə göndəriliblər.
Çarəsiz vəziyyətdə qalan hindlilər video çəkərək Hindistan hökumətindən yardım istəyiblər.
KARUSEL / DÜNYA
Tarix: 7-03-2024, 11:21