İran Ermənistana xəbərdarlıq edib
Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
İranlı nazir görüş zamanı deyib ki, regiondan kənarda təhlükəsizlik zəmanətləri axtarışı əks nəticə verəcək.
Aştianinin sözlərinə görə, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region güclü dövlətlər arasında münaqişə meydanına çevriləcək.
KARUSEL / DÜNYA
Tarix: 7-03-2024, 13:49