mobil versiya

Qazaxıstan MN Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib



Qazaxıstan Müdafiə Nazirliyi (MN) Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.
Bu barədə Nazirliyin yaydığı bəyanatda deyilir.
Bəyanatda deyilir ki, bir sıra sosial şəbəkə hesablarında və xəbər portallarında Qazaxıstanın guya Ermənistana silah tədarük etmək niyyətində olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Ermənistan Respublikasına Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən etibarən silah və hərbi texnikanın ölkədən ixracına qadağa qoyub. Bununla əlaqədar vətəndaşlardan və KİV nümayəndələrindən yayılan şayiələrə reaksiya verməməyi və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edirik”, – MN-nin rəsmi bəyanatında qeyd olunub.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan çıxışlarının birində ölkəsinin Qazaxıstanı potensial hərbi texnika tədarükçüsü hesab etdiyini bildirmişdi. Nazir Papikyan hərbi-texniki əməkdaşlıqda dəyişikliklər fonunda yeni tərəfdaşlıq axtarışının vacibliyini vurğulayıb.
Papikyan Ermənistanın Qazaxıstandan “TOS-A” reaktiv yaylım atəşi sistemlərini almaq planlarını açıqlayıb(apa).

KARUSEL / DÜNYA
Tarix: 24-11-2023, 17:21