mobil versiya

Aİ iranlı hərbçiləri və iş adamlarını sanksiya siyahısına saldı- ADLAR



Avropa İttifaqı iranlı hərbçilərə və iş adamlarına, həmçinin İranın Ukraynaya tədarük etdiyi PUA-ların istehsalı ilə bağlı 4 şirkətə sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, siyahıda İranın pilotsuz uçuş aparatları üçün mühərriklər istehsal edən MADO şirkətinin icraçı direktoru Yusef Abutalebi də var. Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İranın Şahed-136 PUA-larında bu şirkətin istehsalı olan mühərriklər tapılıb.
Sanksiyalara həmçinin SEPAH-ın briqada generalı və zabiti Əli Rza Balali, briqada generalı Abdulla Mehrabi, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin rəisi Həmid Vahedi də məruz qalıb.
Vahedi öz vəzifəsində İranın pilotsuz uçuş aparatları proqramı, PUA-ların ixracı və bu sahədə Rusiya ilə müdafiə əməkdaşlığı ilə bağlı qərarların qəbulunda iştirak edir.
KARUSEL / DÜNYA
Tarix: 13-12-2022, 18:40