mobil versiya

"Heç bir ölkənin torpağında gözümüz yoxdur" - Yaşar Güler



Türkiyə terror bəlasından ən qısa zamanda xilas olacaq.
Türkiyə KİV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
O bildirib ki, təhlükəsizlik kilidi bağlanana qədər və İraqın şimalı terrorçulardan təmizlənməyincə mübarizə bitməyəcək.
"Bizim heç bir ölkə ilə problemimiz yoxdur, heç bir ölkənin torpağında gözümüz yoxdur. Bu yay İraq sərhədimizi qoruyacaq çəmbəri tamamlayacaq və terror məsələsini problem olmadan aradan qaldıracağıq. Terrorla mübarizə Şimali İraqda terror təşkilatı PKK tərəfindən didərgin salınan kəndlilərin təhlükəsizliyi və dincliyi üçün də vacibdir", - deyə o, əlavə edib.
KARUSEL / DÜNYA
Tarix: 11-03-2024, 10:16