Türk ordusu tərəfindən terror təşkilatına məxsus 78 hərbi obyekt məhv edilib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Silahlı Qüvvələrin keçirdiyi hərbi əməliyyat nəticəsində İraq və Suriyanın şimalında 77 terrorçu zərərsizləşdirilib, eyni zamanda, hava zərbələri zamanı terror təşkilatına məxsus 78 hərbi obyekt məhv edilib.
Anadolu agentliyi xəbər verir ki, hərbi əməliyyatların davam etdiyini bildirən nazir terrorçuların qətlə yetirdikləri şəhidlərin qanlarının yerdə qalmadığını, tək bir PKK-çı qalanadək mübarizənin davam edəcəyini vurğulayıb.
Yaşar Gülər ordu komandanları ilə keçirdiyi müşavirədə terrorçulara qarşı yeni hərbi əməliyyatlara dair təlimatlar verib.
KARUSEL / DÜNYA
Tarix: 15-01-2024, 17:08