Türkiyə Suriyada hərbi əməliyyatlarla bağlı məlumat yaydı
Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında aparılan hərbi əməliyyatlarla bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, məlumatda bildirilib ki, hərbi əməliyyatlar terrorizmlə mübarizə sahəsində beynəlxalq hüquqa əsaslanaraq, Suriyanın ərazi bütövlüyünə tərəfdar olmaqla aparılmaqdadır.
“Fərat qalxanı" və "Zeytun budağı"nda olduğu kimi, bu əməliyyat zamanı da yalnız terrorçulara məxsus olan sığınacaqlar, istehkamlar, silah-sursat və hərbi texnikalar hədəfə alınacaq. Bundan başqa, mülki əhalinin, tarixi, mədəni, dini abidələrin zərər görməməsi üçün bütün lazımi diqqət göstəriləcək”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında YPG/PKK və İŞİD terrorçularına qarşı "Barış Pınarı" adlı hərbi əməliyyatlara başlayıb.
KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 9-10-2019, 20:45