Dağlarda qarölçmə işləri davam edir

Xidmətdən bildirilib ki, aparılan ölçmələrin ilkin nəticələrinə görə Mahamalar kəndi-Filizçay marşrutunda qarın hündürlüyü 35-50 santimetr, Filizçay-Kasadağ marşrutunda 40-55 santimetr qeydə alınıb, digər marşrutlar üzrə işlər davam etdirilir.
Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar-su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə mart ayının 7-dən qarölçmə işlərinə başlanılıb və ölçmə işləri mart ayının 17-dək davam edəcək.
KARUSEL / ÖLKƏ
Tarix: 11-03-2024, 10:51