Qaxda qar örtüyünün hündürlüyü 46 santimetrə çatıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 22-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi dağlıq ərazilərdə arabir qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, qar örtüyünün hündürlüyü: Qaxda 46, Ağdərədə 25, Daşkəsəndə 9, Qrızda 7, Xaltanda 5, Şahdağda 3 santimetr olub.
Şimal-qərb küləyi arabir Ağdamda 26 metr/saniyə, Qobustanda 25, Tərtər, Naftalanda 24, Daşkəsəndə 23, Şəki, Mingəçevir, Göyçayda 22, Zərdab, Qəbələdə 20, Gəncə, Kəlvəz, Yevlax, İsmayıllıda 18, Sabirabad, Şahdağ, Qax, Altıağac, Qubada 17, Yardımlı, Gədəbəydə 16, Bakıda və Abşeron yarımadasında 25 metr/saniyəyədək güclənib, Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Fevralın 21-də Bakıda havanın temperaturu iqlim normasından 2.3° yuxarı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-6° isti, Naxçıvanda 0-5° şaxta, dağlıq rayonlarda 8°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.
KARUSEL / ÖLKƏ
Tarix: 22-02-2023, 12:47