"Ələkbər o cür danışandan sonra..." - Aqşin Fatehdən Ələkbər Yasamallıya CAVAB - VİDEO
"Həmin saatda ora getdim, nə sözüm varsa özünə dedim. Sonra da danışdıq ki, oradan kənarda görüşək, oturub-danışaq. Nə cür alındısa, 2 gündür Ələkbər gəlib çıxa bilmədi".
BAKU.WS xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallının "İnstagram" vasitəsilə söhbətə çağırdığı həmkarı Aqşin Fateh deyib.
"İnstagram"da videoaçıqlama yayan meyxanaçı çoxsayda zəng və sms-lər gəldiyindən bu açıqlamanı vermək məcburiyyətində qaldığını bildirib:
"Hamı nigarandır. Heç nədən narahat olmayın, lazım olan şəkildə bu Ələkbər Yasamallı məsələsini qaydasına qoyacayıq. Allah böyükdür! Dediyim hər kəlməmə yaxşı kişilər və Allah şahiddir! Dediyim kimi, kişilər bir dəfə ölür, namərdlər hər gün!
Ələkbərlə görüşməliydik, gəlib çıxmır. Onun əvəzinə ortaq tanıdığımız bir qardaş gəldi. Oturduq, başa saldım ki, Ələkbər söylədiklərinə görə açıqlama verməlidir. İndi mən onun "İnstagram"da açıqlamasını gözləyirəm. Yenə də deyirəm, bu açıqlamanı ona görə verdim ki, çoxunuzun xəbəri yoxdur ki, Ələkbər o cür danışandan sonra arxası necə oldu?".
Xatırladaq ki, Ələkbər Yasamallı "İnstagram" hesabında canlı yayım zamanı həmkarı Aqşin Fateh təhqir edərək söhbətə çağırıb:
"Sənə ikinci dəfə şans verdim. Kərimlə olan söhbətdə sənə dəstək oldum. Amma üçüncü dəfə get tullan. Sən kim, mən kim. Bizim aramızda böyük fərqlər var. Sən özün qəşəng bilirsən nə fərqlərdi. Nömrə 1 söhbəti edir. Aqşin, mənim yanımda etdiyin hərəkətlərə görə nömrən sıfırdı. Gəl mən olan restorana. Çıxanda da görüşə bilərik".
Qeyd edək ki, Ə. Yasamallının əsəbləşməsinə səbəb Aqşin Fatehin “Hər şey daxil” verilişinin canlı yayımında etdiyi açıqlamalar olub.
KARUSEL / ÖLKƏ
Tarix: 16-12-2019, 11:00