mobil versiya

Azərbaycandan Rusiyaya 25,3 milyon yumurta ixrac edilib



Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 25,3 milyon ədəd yumurta idxal edilib.
Rusiya KİV xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub.
Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) martın 13-də açıqladığı məlumata görə, bu ilin əvvəlindən ölkədə toyuq yumurtası 3,47 % ucuzlaşıb.
Qeyd edək ki, Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.(report)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 19-03-2024, 11:35