Azərbaycan Çuvaşiyadan buğda unu idxal edib
Bu il Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Çuvaş Respublikası və Ulyanovsk vilayəti üzrə İdarəsi ilk dəfə olaraq Tacikistan və Azərbaycana göndərilmək üçün ümumi çəkisi 133,7 ton olan yüksək dərəcəli buğda unu partiyalarına fitosanitar sertifikatlar verib.
“Report” "Rosselxoznadzor"un məlumatına istinadən xəbər verir ki, ilin əvvəlindən "Rosselxoznadzor" idarəsi Çuvaş Respublikası ərazisində ixrac-idxal əməliyyatları zamanı bitkiçilik məhsullarının 153 partiyasına nəzarət edib.
İxraca göndərilərkən 1,5 min tondan artıq bitkiçilik məhsulları, 262,3 kubmetr parket, 110 min 550 ədəd ağac məmulatı yoxlanılıb. Eyni zamanda, 128 fitosanitar sertifikatı verilib.
İQTİSADİYYAT
Tarix: 11-10-2022, 13:46