mobil versiya

Azərbaycan Gürcüstandan siqaret idxalını 4 dəfəyə yaxın azaldıb



Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 139 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkədən aldığı tütün məhsullarının ümumi dəyəri 3 522,9 min ABŞ dolları təşkil edib.
İllik müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan siqaret və tütün məmulatlarının həcmi 403 qutu və ya 3,8 dəfə azalıb.

SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 21-04-2020, 12:10