mobil versiya

"Xanuma" tamaşası Şəkidə nümayiş olunub


"Xanuma" tamaşası Şəkidə nümayiş olunub.
Akademik Milli Dram Teatrı "Xanuma" tamaşası ilə Şəki Dövlət Dram Teatrında çıxış edib. Beynəlxalq Teatr Günü münasibətilə təşkil olunan qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən qastrol aksiyası çərçivəsində reallaşıb.
Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Səhnə əsəri Şəki tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-03-2024, 12:17