“Manqurt” tamaşası Lənkəranda təqdim ediləcək
Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyətə və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində fevralın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Manqurt” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrında çıxış edəcək.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində rolları Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov ifa edəcəklər.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 6-02-2024, 15:04