mobil versiya

Bakı və Buxarest birbaşa aviareysin açılmasını müzakirə olunur



Bakı və Buxarest birbaşa aviareysin açılmasını müzakirə edir.
Bu barədə Rumıniyanın energetika naziri Sebastiyan-İoan Burduja Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasının yekunları ilə bağlı deyib.
"Azərbaycan və Rumıniya arasında birbaşa reyslərin açılmasını səbirsizliklə gözləyirik", - o deyib.
Onun fikrincə, bu təkcə xalqları yaxınlaşdırmayacaq, həm də investorlar və özəl sektor arasında əlaqələr yaradacaq, həmçinin əməkdaşlığın tam inkişafını təmin edəcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-04-2024, 15:39