mobil versiya

Rumıniya və Azərbaycan strateji tərəfdaşlığı genişləndirməyə davam edəcək



Azərbaycan və Rumıniya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və uğurlu əməkdaşlığın inkişafı üçün çoxlu imkanlar mövcuddur.
Bu barədə Rumıniyanın energetika naziri Sebastiyan İoan Burduja və komissiyanın azərbaycanlı həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasında deyiblər.
S.Babayev bildirib ki, Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələr qurulandan iki ölkə arasında münasibətlər daima genişlənməkdədir.
O, 2009-cu ildən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, 2011-ci ildən isə strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının mövcud olduğunu xatırladıb. Bütünlükdə ölkələr arasıda əməkdaşlıq haqqında 60-dan çox sənəd imzalanıb. İki ölkə arasında əmtəə dövriyyəsi artmağa davam edir və ötən il 29,3 faiz artıb.

S.İ.Burduja Rumıniyanın Azərbaycanla əməkdaşlıq münasibətlərinin daima genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib və hazırki görüşün bu istiqamətdə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Bakıda keçirilən görüşün mövzularını enerji (əsasən), nəqliyyat, investisiya, kənd təsərrüfatı, sosial, təhsil, humanitar, infrastruktur, tikinti və digər sahələrdə əməkdaşlıq təşkil edir. Rumıniya nümayəndə heyəti səhərdən ASAN xidmət mərkəzini ziyarət edib və bu cür strukturun fəaliyyət təcrübəsini mühüm hesab edib.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-04-2024, 12:55