mobil versiya

Eli Kohen: İsrail ilə Azərbaycan arasında əlaqələr strateji xarakter daşıyır




Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcək.
Bunu İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen Prezident İlham Əliyevlə görüşdə deyib.
İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayan nazir qeyd edib ki, həm dövlətlərimiz, həm də xalqlarımız arasında dostluq münasibətləri mövcuddur.
Eli Kohen turizm sahəsində əlaqələrə toxunaraq bildirib ki, İsraildən Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempi müşahidə edilir və bunun daha da artırılması üçün geniş imkanlar var.

KARUSEL / SİYASƏT
Tarix: 19-04-2023, 14:20