mobil versiya

Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 670 milyon ABŞ dolları olub


“Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün davamlı işlər aparılacaq”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib. Eyni zamanda, brifinqdə Azərbaycanla Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının yekunları barədə məlumat verilib.
S.Babayev imzalanan yeni sənədlərin bu sahədə növbəti irəliləyişlərə imkan yaradacağını bildirib: “İndiyədək Rumıniya Azərbaycana 30 milyon ABŞ dolları, Azərbaycan isə Rumıniyaya 90 milyon ABŞ dolları dəyərində investisiya yatırıb. Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi 670 milyon ABŞ dolları olub. Ticarət dövriyyəsinin böyük hissəsini – 605 milyon ABŞ dollarını Azərbaycandan Rumıniyaya ixrac təşkil edib. İki ölkə arasında enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət sahələrində əlverişli əməkdaşlıq imkanları mövcuddur”.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-04-2024, 13:55