Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 618 milyon dollara yaxın olub
2022-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 618 milyon dollara yaxın olub.
2022-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan bu ölkədən 259,8 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 358 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.
Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-01-2023, 14:01