Latviya Ukraynaya istehsal etdiyi dronların ilk partiyasını göndərəcək
Latviya yaxın vaxtlarda Ukraynaya istehsal etdiyi dronların ilk partiyasını göndərəcək.
Bunu Latviya Baş naziri Evika Silinya ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında bildirib.
“Tezliklə Ukraynaya milyon avroluq ilk dronları göndərməyi planlaşdırırıq. Pilotsuz təyyarələr sınaqdan keçirilib, ukraynalı həmkarlarımız onların döyüşdə yaxşı olduğunu etiraf ediblər”, – Silinya qeyd edib.
Hökumət başçısının sözlərinə görə, ölkə Ukrayna Silahlı Qüvvələrinə pilotsuz təyyarələrin göndərilməsi üçün ümumilikdə 9 milyon avro ayırmağa hazırlaşır. O, həmçinin əlavə edib ki, sursat təchizatının maliyyələşdirilməsinə 10 milyon avro ayıracaqlar.
KARUSEL / DÜNYA
Tarix: 4-04-2024, 15:44