Aİ liderləri Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyib
Avropa İttifaqının (Aİ) sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib.
Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel deyib.
Aİ mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, 27 liderin hamısı təşkilatın büdcəsi çərçivəsində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması barədə razılığa gəliblər: "Bu, Ukrayna üçün sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edəcək. Aİ Ukraynanı dəstəkləməkdə lider olaraq qalır".(report)
KARUSEL / DÜNYA
Tarix: 1-02-2024, 15:28