mobil versiya

4 ərzaq bazarının fəaliyyəti dayandırılıb



Ərzaq bazarlarında vəziyyət heç də ürəkaçan deyil.
Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.
Sədr bildirib ki, AQTA tərəfindən 83 ərzaq bazarı yoxlanılıb və onlardan 4-nün fəaliyyəti dayandırılıb. Bir neçəsinə qarşı isə müvafiq sanksiyalar həyata keçirilib.
“Həmin ərzaq bazarlarının qısa müddət ərzində həyata keçirməli olduqları tədbirlər proqramı hazırlanıb və təqdim olunub. Fürsətdən istifadə edib istər heyvan satışı bazarlarında, istərsə də ərzaq bazarlarında fəaliyyət göstərən sahibkarlıq strukturlarına xəbərdarlıq etmək istəyirik ki, onların fəaliyyət sahələri əhalinin bilavasitə sağlamlığına təsir etdiyi üçün bu sahədə qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyətlərini qurmalıdırlar. Əks halda qanunda nəzərdə tutulmuş qaydada lazım olan tədbirlərin hamısı həyata keçiriləcək. Yəni onlara qarşı inzibati tədbirlər və ya məhdudlaşma tədbirləri həyata keçiriləcək”, - deyə AQTA sədri əlavə edib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 5-04-2024, 14:12