Britaniya XİN rəhbəri Trampla görüşüb
Böyük Britaniya xarici işlər naziri Devid Kemeron Ukraynaya dəstəyi gücləndirmək məqsədilə ABŞ-nın keçmiş prezidenti Donald Trampla görüşüb.
“The Guardian“ xəbər verir ki, nazir Ukraynaya dəstəyi gücləndirmək və Konqresdən keçirilməsi planlaşdırılan yeni yardım paketini irəli sürmək üçün Floridada Donald Trampla danışıqlar aparıb.
Görüşdə Ukrayna və Qəzzadakı müharibələr, NATO-nun gələcəyi müzakirə edilib. Bu, Böyük Britaniya XİN rəhbərinin Trampın vəzifədən getməsindən sonra onunla ilk belə görüşü hesab edilir.(apa)
KARUSEL / DÜNYA
Tarix: 9-04-2024, 11:07