“Avropa ölkələri Ukraynaya ABŞ qədər pul ayırmalıdır” –TRAMP
“Avropa ölkələri Ukraynaya kömək üçün ABŞ qədər vəsait ayırmalıdır, əks halda bu, amerikalı vergiödəyicilərinə qarşı ədalətsizlikdir”.
Bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp açıqlamasında deyib.
Bildirib ki, Avropa Kiyevə dəstək üçün Vaşinqtondan 100 milyard dollar az xərcləyir.
O, jurnalistin prezident seçkilərində qalib gələcəyi təqdirdə, Kiyevə ayrılan vəsaiti azaldıb-azaltmayacağı ilə bağlı sualını da cavablandırıb. “Avropa ölkələri birləşərək eyni məbləği ödəməlidir”, – deyə Tramp Ukraynadakı vəziyyətin onların təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb.
Bundan əvvəl Floridadakı malikanəsində Trampla görüşən Macarıstanın Baş naziri Viktor Orban bildirmişdi ki, ABŞ-ın keçmiş prezidenti Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.
KARUSEL / DÜNYA
Tarix: 14-03-2024, 11:04