“Ölkə tarixində ən böyük deportasiyanı həyata keçirəcəm” – “ABŞ narkomanlar və qatillərlə doludur...”

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bunu keçmiş ABŞ lideri Donald Tramp deyib.
“Ölkəmiz cinayətkarlar, qatillər və narkomanlarla doludur. Onların hamısı Co Baydenin dəhşətli açıq sərhədindən keçir. Dünyanın heç bir yerində belə sərhəd olmayıb. Bu, fəlakətdir”, - Tramp fevralın 28-də “Truth Social” səhifəsində yerləşdirdiyi videomüraciətdə bildirib.
O, məsaməli sərhəddən ABŞ-yə gətirilən qanunsuz miqrantlara qarşı Amerika tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəyinə söz verib.
Tramp bundan əvvəl noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ölkə sərhədini dərhal bağlayacağına söz vermişdi.
KARUSEL / DÜNYA
Tarix: 29-02-2024, 14:12