SON DƏQİQƏ: Qarabağda müharibə başa çatır? - ABŞ-dakı seçkilər...
“ABŞ elə bir ölkədir ki, orada baş verənlər dünyanın nizamına ciddi təsir göstərir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov ABŞ-dakı seçkilərdən və onun Qarabağa təsirindən danışarkən deyib:
“ABŞ-dakı seçkilər dünyadakı proseslərə ciddi təsir edəcək. Son açıqlananan məlumatlara görə, Co Bayden 264, Donald Tramp 214 səs toplayıb. Baydenin qələbə qazanması üçün cəmi 6 səsə ehtiyacı var. Görünən odur ki, Bayden bu seçkilərdə qalib gəlir. Amma Tramp mübarizə aparacağını, nəticələrlə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Bu baxımdan, nəticələrdə dəyişiklik da ola bilər. Hələ ki, Baydenin qalibiyyəti elan edilməyib”.
Politoiloq seçkilərin nəticəsinin Qarabağdakı müharibəyə təsirindən də bəhs edib:
“Qarabağda müharibənin getdiyi bir dövrdə ABŞ-da hakimiyyətdə kimin olması, Vaşinqtonun baxış bucağı olduqca vacibdir. Çünki ABŞ həm də BMT Təhlükəsizlik Şurasının üzvlərindən biridir. Tramp Azərbaycana qarşı hər zaman müsbət mövqeydə olub. Amma Tramp qalib olmasa belə, bu, Qarabağ münaqişəsinə təsir etməyəcək. Çünki ABŞ-da prezident seçildikdən bir müddət sonra vəzifənin icrası başlanılır. Bu baxımdan hələ ki, Tramp hakimiyyətdədir və Azərbaycan da demək olar ki, müharibəni yekunlaşdırmaq üzrədir”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 5-11-2020, 10:00