Britaniyadan Ukraynaya BÖYÜK DƏSTƏK- 2023-cü ildə...
Gələn il Böyük Britaniya Ukraynaya ən azı 2,3 milyard funt-sterlinq (təxminən 2,6 milyard dollar) hərbi yardım ayırmaq niyyətindədir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, Londonun planları bu həftə Liz Trassın Böyük Britaniyanın baş naziri kimi xaricə ilk səfəri zamanı açıqlanacaq. Onun çərşənbə axşamı Nyu-Yorkda uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi davam etdirmək niyyətində olduğunu açıqlaması gözlənilir.
Liz Trassın səfər proqramına ABŞ prezidenti Co Baydenlə ikitərəfli danışıqlar və Fransa prezidenti Emmanuel Makronla görüş də daxildir.
Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniya hakimiyyəti Rusiyanın Ukraynada təcavüzkar savaşa başlayandan bəri Kiyevə 2,3 milyard funt sterlinq ayırıb.
Bu ilin avqust ayında isə keçmiş baş nazir Boris Conson Ukrayna tərəfinə raket sistemləri, 800-dən çox “Black Hornet” mikrodronları və 2000 digər pilotsuz uçan aparatlardan ibarət yeni hərbi yardım paketini elan etmişdi.
Musavat.com
GÜNDƏM / SİYASƏT
Tarix: 21-09-2022, 12:22