Agentlik Ukraynada təhsil almaq istəyən şəxslərə müraciət edib
Ukraynada təhsil almaq istəyən tələbələrə birmənalı olaraq bu universitetlərə getməməyi tövsiyə edirik.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamentinin direktoru Aysel Kərimli deyib.
“Təəssüf ki, bəzi şirkətlər insanları bir növ aldadaraq bu cür müharibə şəraitində olan ölkələrdəki universitetlərə yönəldirlər. Biz istərdik ki, vətəndaşlar bu cür hallarda diqqətli olsunlar. Çünki orada olan müharibə şəraiti səbəbindən tələbələr dərslərdə belə iştirak edə bilmirlər. Bu da sonda diplomun tanınmaması problemi yaradır” – o qeyd edib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-04-2024, 11:54