mobil versiya

Diplomların tanınması üzrə 6270 müraciət qəbul edilib



Yanvarın 1-dən noyabrın 22-dək Təhsildə Keyfiyyət Təminatı Agentliyinə diplomların tanınması üzrə ümumilikdə 6270 müraciət daxil olub. Müraciətlərə ortalama baxılma müddəti 12 gün təşkil edib.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, müraciətlərin 83 faizinə (5215) müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 17 faizi (1055) isə mənfi qərarla yekunlaşıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-11-2023, 15:14