Diplomlarının tanınması ilə bağlı imtina almış şəxslər yenidən müraciət edə bilərlər
Daha əvvəl diplomlarının tanınması ilə bağlı imtina almış şəxslər yenidən müraciət edə bilərlər.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Ülkər Səttarova "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na edilmiş dəyişikliklə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, indiyə qədər təkrar müraciətlərə əsasən məhkəmələrdən sonra baxılırdı:
"Bu qaydalar qüvvəyə mindikdən sonra bütün imtina almış vətəndaşlar təkrar müraciət hüququ əmələ gəlir".
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-02-2023, 17:26