mobil versiya

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdı


Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb.

Bu barədə Yamaykanın Xarici İşlər və Xarici Ticarət Naziri Kamina Conson Smit mətbuata açıqlamasında bildirib.
“Yamayka uzun müddətdir davam edən münaqişəni (İsrail və Fələstin arasında-red.) həll etmək üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafiə etməyə davam edir. Nazirlər Şurasının dünən keçirilən iclasından sonra Fələstini dövlət olaraq rəsmən tanımaq qərarına gəldik. Gərginliyin azaldılması və bölgədə daimi sülhün əldə edilməsi üçün bütün səyləri dəstəkləməyə davam edəcəyik. Biz tərəfləri problemi diplomatik yollarla həll etməyə çağırırıq”,-deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Barbados da Fələstini dövlət kimi tanıdığını rəsmən elan edib. (“AzPolitika.info”)

KARUSEL / DÜNYA
Tarix: 24-04-2024, 12:37