mobil versiya

Son 3 ildə Avropaya gedən 50 min uşaq itkin düşüb



Son 3 ildə Avropaya qeyri-qanuni yollarla gələn 50 mindən çox uşaq itib.

Bu barədə Belçikanın “De Standaard”, “VRT” və “Knack” media qurumlarının “Lost in Europe” təşkilatı ilə apardığı araşdırma materialında bildirilir.
Qeyd olunur ki, 2021-2023-cü illərdə immiqarnt kimi Avropaya gələn 51 min 433 uşaqdan xəbər yoxdur. Bu uşaqların mütəşəkkil cinayətkar qrupların əlinə keçdiyi və ya zorla işləməyə məcbur edildiyi ehtimal olunur. Məlumata görə bu uşaqlardan 22 min 899-u İtaliyada itib. Bundan əlavə, Avstriyada 20 min 77, Belçikada 2 min 241, Almaniya 2 min 5, İsveçrədə isə 1226 uşaq yoxa çıxıb.
Materialda bildirilir ki, Avrpanın 32 ölkəsindən 13-ü araşdırma çərçivəsində məlumat vermədiyi üçün real rəqəmin daha çox olduğu təxmin edilir.
Xatırladaq ki, 2018-2020-ci illəri əhatə edən eyni araşdırmanın nəticələrində Avropada itkin düşən uşaqların sayının 18 min 292 olduğu müəyyən edilmişdi.(“AzPolitika.info”)

KARUSEL / DÜNYA
Tarix: 1-05-2024, 15:06