mobil versiya

Azərbaycanda ali təhsil alan qadınların sayı açıqlanıb



Ötən tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət universitetlərində 111 min 583 qadın təhsil alıb.
Bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” məcmuəsində əks olunub.
Məcmuədə bildirilir ki, 2021-2022-ci tədris ilində bu göstərici 104 min 678, 2015-ci ildə 78 min 662 olub. 2010-cu ildə isə 65 min 112 qadın ali təhsil ala bilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində təhsil alan qadınlardan 96 min 74-ü-i dövlət, 15 min 509-u isə özəl müəssisələrin payına düşür.
KARUSEL / CƏMİYYƏT
Tarix: 18-10-2023, 17:53