mobil versiya

25 min 803 tələbə təhsil krediti almaq üçün müraciət edib



Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan statistikası açıqlanıb.
Fonddan bildirilib ki, bu günə qədər 25 min 803 tələbə kredit almaq üçün müraciət edib.
TTKF fəaliyyətə başladığı gündən 18 min 709 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 6 min 836 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 11 min 873 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.
Kredit alan tələbələrin 10 min 719-u qadın, 7 min 990-nı kişidir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 25-05-2023, 17:49