mobil versiya

Bu günədək 25 min 414 tələbə təhsil krediti almaq üçün müraciət edib



Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı gündən bu günə qədər olan statistikası açıqlanıb.
Bu günə qədər 25 min 414 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 434 nəfərin müraciəti natamam olub, 366 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 6151 nəfərin müraciətinə imtina cavabı verilib, 220 nəfərin müraciəti isə banka yönləndirilib.
TTKF fəaliyyətə başladığı gündən 18 min 243 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 6 min 666 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 11 min 577 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-05-2023, 15:59